“Mançester Yunayted” Tofiq Bəhramovun fotosunu səsverməyə çıxardı - FOTO

“Mançester Yunayted” Tofiq Bəhramovun fotosunu səsverməyə çıxardı - FOTO

“Mançester Yunayted”in rəsmi saytı “Old Trafford”un ətrafında yerləşdiriləcək yeni şəkillər üzrə səsvermə keçirir.

Şəkillər arasında 1968-ci il Çempionlar Kubokunun yarımfinal oyunu zamanı çəkilən Tofiq Bəhramovun görüntüləndiyi foto da var.

Qeyd edək ki, şəkil “Real Madrid” – “Mançester Yunayted” arasında keçirilən cavab matçında çəkilib. Qarşılaşma 3:3 hesablı bərabərliklə bitib. Lakin ilk oyundakı minimal hesablı qələbə sayəsində finala məhz mankunyanlar vəsiqə qazanıb və həmin mövsümdə turnirin qalibi olmağı bacarıblar.

Mənbə: www.oxu.az