Rus xokkeyçilərin virusa yoluxması olimpiya oyununu təxirə saldı

Rus xokkeyçilərin virusa yoluxması olimpiya oyununu təxirə saldı

Pekinin Olimpiya kəndində olan iki rusiyalı xokkeyçi koronavirusa yoluxub. AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. - İki oyunçunun testi müsbət çıxıb və onlar Olimpiya kəndində olan otaqlarında qalıblar, - məlumatda deyilir.

İdmançıların xəstələnməsi səbəbindən rusların Çexiya yığması ilə oyunu da ləğv edilib. Oyun bu gün baş tutmalı idi.

Xatırladaq ki, bundan öncə, yanvarın 26-da rusiyalı bobsleydçi Vasili Kondratenkoda da koronavirus aşkarlanmışdı.

Qeyd edək ki, Olimpiya Oyunları fevralın 4-dən 20-dək Pekində keçiriləcək. Həkimlər yanvarın 26-da yarışa gələnlərdən 13 nəfərdə koronavirus aşkarlayıb.

Tural Tağıyev

 

Mənbə: azvision.az