Namik Ələskərovun komandasında rəhbər dəyişikliyi olacaq

Namik Ələskərovun komandasında rəhbər dəyişikliyi olacaq

Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun çıxış etdiyi Türkiyə "Bursaspor"unda fövqəladə qurultay keçiriləcək.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, tədbirin vaxtı qarşıdakı həftədə açıqlanacaq.

Qurultayda hazırkı rəhbərliyin istefaya göndəriləcəyi gözlənilir.

Mənbə: report.az