Azərbaycan qılıncoynadanı Anna Başta Bolqarıstanın Plovdiv şəhərində keçirilən Dünya Kubokunun mərhələ yarışında 1/8 finala yüksəlib.
Azərbaycan Qılıncoynatma Federasiyasından "Report"a verilən məlumata görə, qadın sablyaçıların şəxsi yarışında mübarizəyə əsas mərhələdən qoşulan milli komandanın lideri ilk görüşündə Rusiya təmsilçisi Anastasiya Şorokovanı (15:9), ardınca almaniyalı Julike Funkeni (15:11) mübarizədən kənarlaşdırıb.
Başta ən güclü 8-liyə yüksəlmək uğrunda görüşdə Tokio-2020 Yay Olimpiya Oyunlarında məğlub etdiyi ABŞ təmsilçisi Enn-Elizabet Stoun üzərində 15:9 hesablı qələbə qazanıb.
Başta yarımfinala yüksəlmək üçün yaponiyalı Misaki Emuraya qalib gəlməlidir.