"Milan"ın müdafiəçisi Teo Hernandes İtaliya təmsilçisində çıxışını davam etdirəcək.
Qol.az "La Gazzetta dello Sport"a istinadənn xəbər verir ki, klub fransızı heyətində saxlamaq qərarına gəlib. Tərəflər 2026-cı ilin yayına qədər müqavilə imzalayıblar. Futbolçunun maaşı ildə 4 milyon avroya yüksələcək.
Qeyd olunur ki, müqavilənin uzadılması ilə bağlı rəsmi açıqlama qış transfer pəncərəsi bağlandıqdan sonra gözlənilir.
Xatırladaq ki, Hernandes 2019-cu ildən "Milan"da çıxış edir. Müdafiəçi bu mövsüm 25 oyun keçirib, 4 qol vurub və 4 qolun ötürməsini verib.