Lempard bu klubla razılığa gəldi

"Çelsi"nin sabiq baş məşqçisi Frenk Lempard "Everton"u çalışdırmağa yaxındır.

Qol.az jurnalist Fabrizio Romanonun "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, tərəflər tam razılığa gəliblər. Lempard və "Everton"un müqavilənin son detallarını dəqiqləşdirdikləri vurğulanıb.

Qeyd edək ki, Lempard ötən ilin yanvarında "Çelsi"nin baş məşqçisi vəzifəsindən istefaya göndərilib. O, vaxtdan indiyə kimi işsizdir.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Birgə çalışmaq istəmədiyi bacısı ona görə milyonlar itirdi - FOTO

SONRAKI XƏBƏR

Fərid Qayıbov Mingəçevirdə gənclərlə rəqs edib