Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında keçirilməsi nəzərdə tutulan “Xarı Bülbül Laçın” - “Neftçi” görüşü baş tutmayacaq.
Voleybol Federasiyasından verilən məlumata görə, buna “ağ-qaralar”ın oyunçuların səhhətində problem yaranması səbəb olub.
AVF-yə müraciət edən “Neftçi” komandanın 6 voleybolçusunda - Emin Abdullayev, Milad Salehi, Abdollah Azmoun, Mohammad Norouzi, Mohammad Abolhasanı və Mohsen Vazehidə yüksək hərarətin (diaqnoz- kəskin respirator xəstəlik, KRX) olduğunu bildirib.
Yarışın təşkilatçısı vəziyyəti nəzərə alaraq görüşün təxirə salınmasına qərar verib. Matçın nə vaxt keçiriləcəyi ilə bağlı əlavə məlumat veriləcək.
Mənbə: bizim.media