"Beşiktaş"dan ilk transfer - RƏSMİ

"Beşiktaş"dan ilk transfer - RƏSMİ

"Beşiktaş" yeni mövsüm öncəsi ilk transferini edib.

Faktor.az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi son olaraq "Vitoriya de Qimarayanş"da oynayan Tayler Boydu heyətinə qatıb. ABŞ millisinin üzvü ilə 4 illik müqavilə imzalanıb. 24 yaşlı hücumçu yeni klubunda ilinə 1.2 milyon avro qazanacaq.

 

Qeyd edək ki, bu transfer üçün "Beşiktaş" Portuqaliya təmsilçisinə 2.4 milyon avro təzminat ödəyəcək.

Mənbə: faktor.az