Finalçılar bəlli oldu

Finalçılar bəlli oldu

Futbol üzrə Afrika Millətlər Kubokunda yarımfinal mərhələsinin oyunları keçirilib. Finala vəsiqə uğrunda öncə Seneqal və Tunis yığmaları mübarizə aparıb. Minimal hesabla qələbə qazanan (1:0) seneqallılar həlledici oyunda iştirak hüququ əldə ediblər. Daha sonra meydana Əlcəzair və Nigeriya milli komandaları çıxıb. Üç qolun qeydə alındığı qarşılaşma əlcəzairlilərin qələbəsiylə yekunlaşıb (2:1). Beləliklə, iyulun 19-da baş tutacaq final qarşılaşmasında Seneqal və Əlcəzair yığmaları qarşılaşacaq. İyulun 17-də isə Tunis və Nigeriya milliləri üçüncü yer uğrunda mübarizə aparacaqlar.

Xəbəri “Goal.com” yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

Mənbə: xalqqazeti.com