Lionel Messinin 2023-cü ilin yayında ABŞ-ın "İnter Mayami" klubuna keçidi futbol dünyasını şoka salsa da, bu keçidin təsiri idmandan kənarda da hiss olunur.
İkonik moda jurnalı "Vogue" Messinin Amerika mədəniyyətinə təsirini qeyd edərək, Florida təmsilçisinin üzərində Messinin adı olan çəhrayı ev formasını 2023-cü ilin dəbini müəyyənləşdirən 15 geyimdən biri adlandırıb.
Pişik gözü günəş eynəyi, COS çantaları və Britni Spirsin "The Woman in Me" kitabı ilə yanaşı, Messinin çəhrayı köynəyi 2023-cü ilin əsas geyiminə çevrilib.
Mənbə: publika.az