“Xarı Bülbül” vahid lider oldu

“Xarı Bülbül” vahid lider oldu

Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında 2 oyun keçirilib. 

Mərkəzi görüşdə “Xarı Bülbül Şuşa” “Azərreyl”i sınağa çəkib. 

Məğlub olmayan komandaların duelində nominal ev sahibləri qələbə qazanıb. “Xarı Bülbül Şuşa” rəqibini 3:1 hesabı ilə məğlub edib. "Azərreyl" isə mövsümdə ilk dəfə meydandan xalsız ayrılıb.

“Murov AZ Terminal” – MOİK qarşılaşmasında birincilər asan qələbə qazanıb. Nəticədə “Xarı Bülbül Şuşa” vahid liderliyə yüksəlib. "Azərreyl" ikinci pilləyə düşdüyü halda, “Murov AZ Terminal” üçüncü pillədəki yerini möhkəmlədib.

Yüksək Liqa

7 dekabr

18:00. “Xarı Bülbül Şuşa” - “Azərreyl” - 3:1 (25:17, 22:25, 25:19, 25:16)

Bakı. Voleybol Mərkəzi

19:00. MOİK - “Murov AZ Terminal” - 0:3 (17:25; 13:25; 17:25)

Bakı. “Murov Az Terminal”ın idman zalı
 

Mənbə: bizim.media