Albaniyada oynayan futbolçumuz klubunu dəyişə bilər

Albaniyada oynayan futbolçumuz klubunu dəyişə bilər

Albaniyanın “Eqnatiya” klubunun şərəfini qoruyan azərbaycanlı futbolçu Vüsal İsgəndərli komandasını dəyişə bilər. 28 yaşlı futbolçunun xidmətindən Türkiyə və Rumıniya klubları maraqlıdır.

Məsələ ilə bağlı əməkdaşımıza açıqlama verən İsgəndərli bildirib ki, hələlik təklifləri dəyərləndirir:

“Türkiyədən oyunumu izləməyə gəlmişdilər. Danışıqlarımız oldu. Türkiyə ilə yanaşı, Rumıniya klubları da menecerimlə söhbət edib. Mən qardaş ölkəyə yollanmaq istəyirəm. Amma hazırkı komandamı azad agent kimi tərk edə bilmərəm. Biri kubok olmaqla, üç çempionat oyunumuz qalıb. Bu görüşlər bitdikdən sonra ortaq qərar verəcəyik. Həm kluba, həm də mənə sərf edəcəyi halda, transfer rəsmiləşəcək. “Eqnatiya” istəsə, yaya kimi burda qalacam”.

Qeyd edək ki, İsgəndərli 2023-cü ildə “Sumqayıt”dan “Eqnatiya”ya transfer olunub. O, Albaniya çempionatında meydana çıxdığı 15 matçda 5 qol və 2 assistlə yadda qalıb.

Mənbə: bizim.media