Spirtli içkidən komaya düşən futbolçu FOTO paylaşdı

Spirtli içkidən komaya düşən futbolçu FOTO paylaşdı

Kiyev "Dinamo"sunun və Ukrayna millisinin sabiq hücumçusu Artem Milevski spirtli içki problemi səbəbindən xəstəxanaya yerləşdirildikdən sonra ilk dəfə foto paylaşıb.

Futbolçu dostu ilə Kiyev operasını ziyarət edib. Xatırladaq ki, futbolçu sentyabrın sonunda xəstəxanaya yerləşdirilmişdi. Daha sonra ukraynalı hücumçunun komada olduğu məlum olub.

Bundan əvvəl Milevskinin Kiyevdəki klinikalardan birində alkoqolizmdən hərtərəfli reabilitasiya keçdiyi, həmçinin 20 kq arıqladığı bildirilmişdi.

Milevski peşəkar karyerası ərzində Kiyev “Dinamo”su, “Dinamo Brest”, Xorvatiyanın “Hayduk”, “Tosno”, Rumıniyanın “Konkordiya”, Ukraynanın “Minaj”, Macarıstanın “Kisvarda”, Türkiyənin “Qaziantepspor” klublarında çıxış edib.

Milevski Ukrayna millisinin heyətində 50 oyun keçirib və 8 qol vurub.

Mənbə: publika.az