Aşağı liqaya düşən klubun azarkeşləri şəhəri yandırdı - Video

Aşağı liqaya düşən klubun azarkeşləri şəhəri yandırdı - Video

 

Braziliyanın “Santos” klubu 111 illik tarixində ilk dəfə ölkənin əsas liqasını tərk edib. “Qafqazinfo” xəbər verir ki, şəhərin eyniadlı təmsilçisinin uğursuz çıxışı azarkeşlərini sarsıdıb.

Braziliya A Seriyasının sonuncu turunda “Fortaleza”ya 1:2 hesabı ilə uduzan “ağ-qaralar” B Seriyasına yuvarlandı.

Matçdan sonra komandanın azarkeşləri göz yaşlarını saxlaya bilməyib.

Dünya futbolunun əfsanələrindən olan Pelenin çıxış etdiyi “Santos” fanatları klub rəhbərliyinə etirazlardan da çəkinməyib.

Onlar komandalarının aşağı liqaya düşməsi ilə barışmayaraq şəhərdə etirazlara başlayıblar. Santoslu fanatlar şəhərin küçələrində avtomobilləri yandırıblar, tikililərə ziyan vurublar.

Dünya futbolunun ulduzlarından olan Neymar da onu yetişdirən “Santos” klubu ilə bağlı paylaşım edib. Forvard komandaya dəstək olacağını bildirib.

Mənbə: qafqazinfo.az