“Sabah” qış fasiləsində yollarını ayıracağı ilk futbolçunu müəyyənləşdirmək üzrədir.
Yarımmüdafiəçi Kahim Parris gələn ay bu ölkəyə qayıda bilər.
Müqavilə ilə Kiyev “Dinamo”suna məxsus olan yamaykalı oyunçu Azərbaycan komandasında icarə əsasında çıxış edir.
Düzdür, “Sabah” 23 yaşlı oyunçunu mövsümün sonuna qədər icarəyə götürüb. Lakin o, bakılıların heyətində ümidləri doğrultmur. “Dinamo”da baş məşqçi postunu tutan Aleksandr Şovkovski də icarədə olan bir neçə futbolçunun qayıtmasında maraqlıdır. Hazırkı məqamda dönüşü ən real görünən oyunçu məhz Parrisdir.
Qeyd edək ki, Kahim Parris bu mövsüm “Sabah”ın heyətində Premyer Liqada 11 oyunda iştirak edib.
Mənbə: bizim.media