Əfsanəvi ispan tennisçisi Rafael Nadal 2024-cü il mövsümünün onun üçün sonuncu olacağı ehtimalını qiymətləndirib.
Dünyanın sabiq bir nömrəsi "Sport.es"ə açıqlamasında karyerasını başa vuracağıyla bağlı yayılan informasiyaları təsdiqləyib:
“Şübhəsiz ki, bu, mənim son ilim olacaq. Bunun altı ay sonra reallaşma ehtimalı da var. Mən indi bu tipli suallara cavab verə bilmərəm. Bircə onu deyə bilərəm ki, hələ bir müddət yarışacağam.
Günün sonunda nə baş verəcəyini bilmirsən. Həmişə özünə şans verməlisən və səni sözünün qulu edəcək ifadələr deməməlisən. Fiziki vəziyyətim mənə işimi davam etdirməyə və həzz almağa imkan verirsə, niyə indidən son tarix təyin etməliyəm? Mən bunun məntiqli olduğunu düşünmürəm”.
Mənbə: publika.az