"Zirə" haitili hücumçu ilə müqavilə imzalayıb

"Zirə" haitili hücumçu ilə müqavilə imzalayıb

“Zirə” yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib.
APA-nın məlumatına görə, Bakı təmsilçisi Soni Norde ilə anlaşıb.
29 yaşlı hücumçu ilə 1 illik müqavilə bağlanılıb.
Haitili futbolçu bundan öncə “Boka Xuiors B”(Argentina), “San Luis B” (Meksika), “Altamira” (Meksika), SRKC (Banqladeş), “Mohun Baqan” (Hindistan) və “Mumbay Siti” (Hindistan) klublarında çıxış edib.

Mənbə: apa.az