"Real"ın baş məşqçisi Karlo Ançelotti komandanın zədəli futbolçusu Arda Gülərin son durumu ilə bağlı açıqlama verib.
O, Türkiyə millisinin üzvünün yaşıl meydanlara qayıtmasına az müddət qaldığını deyib:
"O, gələn həftə daha yüksək tempdə çalışa biləcək. İlin son matçlarında, yoxsa 2024-cü ildə oynamağa başlayacağını bilmirəm".
Qeyd edək ki, bu ilin yayında "Real"a transfer olunan Arda Turan zədə səbəbindən Madrid təmsilçisində hələ də debüt edə bilməyib.
Mənbə: bizim.media