Azarkeş adını dəyişib Tottenhem qoymaq istədi

İsveç vətəndaşı Devid Lind adını dəyişdirərək Tottenhem etmək istəyib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, 39 yaşlı "Tottenhem" azarkeşinin bu istəyi aidiyyatı qurumlar tərəfindən rədd edilib. "Tottenhem"in son mövsümdə Çempionlar Liqasının finalına yüksəlməsi şərəfinə adını dəyişdirmək istəyən Lind, tələbinin rədd edilməsindən sonra açıqlama verib:

"Bu çox kədərlidir. İsveçdə bir nəfərə hardasa hər şey demək olur, ancaq Tottenhem yox. İsveçdə qəribə adları olan çox adam var. Hətta birinin də adı Kartofdur. Bəlkə də, qurumdakılardan biri "Arsenal" azarkeşidir deyə, tələbimi rədd etdilər".

"Tottenhem" Çempionlar Liqasının finalında "Liverpul"a 0:2 hesabıyla məğlub olmuşdu.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Bu il də məktəbəhazırlıq qruplarına qeydiyyat elektron qaydada aparılacaq

SONRAKI XƏBƏR

Tələbə olmaq istəyənlərə şad xəbər: "Təhsil kreditləri veriləcək"