“Bayern” ciddi itki ilə üzləşib.
Münhen klubunun vingeri Serji Qnabri uzun müddətə sıradan çıxıb. Bu barədə “Sport1” məlumat yayıb.
28 yaşlı alman vinger "Ayntraxt"la qarşılaşmada (1:5) meydanda cəmi 5 dəqiqə keçirə bilib. Bundan sonra əvəzlənib. Mənbənin sözlərinə görə, "Bayern" 2-3 ay Qnabrinin xidmətindən yararlana bilməyəcək.
Cari mövsüm Qnabri Münhen klubunun heyətində bütün turnirlərdə 11 oyun keçirib və cəmi 1 qol vurmağı bacarıb.
Mənbə: redaktor.az