Kadi “Qarabağ”a qayıtmaq istəyir

Kadi “Qarabağ”a qayıtmaq istəyir

"Krasnodar"ın vingeri Kadi Yuri Borges yenidən "Qarabağ"ın formasını geyinə bilər.

27 yaşlı futbolçu Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovla birbaşa kontakt quraraq, istəyini ona çatdırıb.

Fəqət "köhlən atlar"ın braziliyalı oyunçunu transfer etmək üçün böyük büdcəsi yoxdur.

Çünki Rusiya təmsilçisi bu keçid üçün azı 10 milyon avro təzminat istəyir. Bu səbəbdən "Qarabağ" "sambaçı"nı qışda icarəyə götürə bilər.
Xatırladaq ki, "Krasnodar" Kadini 2023-cü ilin yanvarında 5 milyon avro qarşılığında transfer etmişdi.
 

Mənbə: bizim.media