Zaniolonun transferi... - 70 milyon avro qazanc

“Liverpul” heyətinə yeni yarımmüdafiəçi qatmağı planlaşdırır.

Lent.az-ın Apasport.az saytına istinadən məlumatına görə, İngiltərə nəhəngi “Roma”dan Nikolo Zaniolonu transfer etmək istəyir.

İtaliya klubu 22 yaşlı futbolçu ilə müqaviləni uzatmaq niyyətindədir. Gənc futbolçu buna razılaşmasa, romalılar onu satmaq məcburiyyətində qalacaq. Paytaxt təmsilçisi bu transferdən 65-70 milyon avro qazanmağı planlaşdırır.

Qeyd edək ki, paytaxt klubu Zanioloya 2024-cü ilin yayına qədər nəzərdə tutulan müqavilə təklif edib.

Lent.az

ƏVVƏLKİ XƏBƏR

Klopp: "Dəfələrlə "Bavariya"da işləmək imkanım olub"

SONRAKI XƏBƏR

"Öz polisimiz belə gerbimizi aşağılayır" - Kazaryan