"Nyukasl"ın forması Səudiyyə Ərəbistanı millisinin rəngində olacaq

2022/2023 mövsümü üçün İngiltərənin "Nyukasl" klubunun səfər forması Səudiyyə Ərəsbistanı milli komandasının formasına uyğun hazırlanacaq.

"Report" "Amnesty International" nəşrinə istinadən xəbər verir ki, komandanın səfər forması ağ-yaşıl rəngdən ibarət olacaq.

Klub ev matçlarına ənənəvi olaraq ağ-qara forma ilə çıxacaq.

Qeyd edək ki, "Nyukasl"ın səhmlərini Səudiyyə Ərəbistanında fəaliyyət göstərən investisiya fondu alıb. 1892-ci ildə əsası qoyulmuş klub daha əvvəl iş adamı Mayk Eşliyə məxsus idi. O, 14 ildir Nyukasl təmsilçisinə rəhbərlik edirdi.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Ruslar “Azovstal”a zərbələr endirir

SONRAKI XƏBƏR

İşsiz qalan azərbaycanlı model: "CV göndərdim, baxan olmadı" - FOTO