Azərbaycanlı şagird ABŞ-dakı yarışmada kubok qazandı

Azərbaycanlı şagird ABŞ-dakı yarışmada kubok qazandı <span class="qirmizi"></span>

Ginnesin rekodlar kitabına dünyanın ən böyük robototexnika yarışması kimi düşən "VEX Robotics World Championship 2022"də Azərbaycan komandası göstərdiyi nəticələrə görə divizionun "Energy Team" kubokunu qazanıb.

 

Bakupost.az xəbər verir ki, ABŞ-da keçirilən yarışlarda 50-ə yaxın ölkədən 4800 komanda, 15.000-ə yaxın şagird iştirak edib. Komandamız yarışdığı divizionda 20 ən yaxşı komanda siyahısına daxil olaraq final oyunlarına qatılıb. Ümumi ballar nəticəsində təcrübəli komandaları geridə qoyaraq komandamız 6-cı yerdə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan komandasının üzvlərindən biri - Erkam Məsiyev Qərbi Kaspi Universitetinin ötən ilin dekabr ayında keçirdiyi "2021 Məktəblilərarası LEGO Olimpiadası"ının qaliblərindəndir.

Erkam Məsiyev robototexnika ilə bağlı ilk vərdişlərini universitetin Texnoparkında - Məktəblilərarası LEGO Olimpiadası ərəfəsində təşkil olunmuş təlimlərdə əldə edib.

Mənbə: www.bakupost.az