"Millətlər Liqası dünyanın ən gülünc ideayalarından biridir" - Klopp

"Liverpul"un baş məşqçisi Yurgen Klopp Millətlər Liqası turnirinin ləğv edilməli olduğunu düşünür.

Qol.az "Daily Mail"ə istinadən xəbər verir ki, mütəxəssis bu yarışın futbolçuları yorduğunu deyib:

 

“Millətlər Liqası dünya futbolunun ən gülünc ideyalarından biridir. Futbolçular 70-dən çox oyun keçirsələr də, Millətlər Liqasında meydana çıxmaqda davam edirlər. Çünki onlar bu turnirə görə yığmada 4, 5, 6 matç keçirirlər".

Qeyd edək ki, Millətlər Liqası 2018-ci ildə UEFA tərəfindən təsis edilib. Yarış iki ildən bir keçirilir və milli komandalara dünya və Avropa çempionatlarının final mərhələsinə çıxmaq üçün əlavə imkan yaradır.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Ukrayna Rusiyanın itkilərini açıqladı - Siyahı

SONRAKI XƏBƏR

Azərbaycan Birinci Divizionunda mükafatlandırma mərasimi keçiriləcək