"Yuventus"da böyük AYRILIQ

"Yuventus"da böyük AYRILIQ <span class="qirmizi"></span>

İtaliyanın “Yuventus” klubunun hücumçusu Paulo Dibala mövsümün sonunda komandasını tərk edəcək.

Lent.az xəbər verir ki, bu barədə 28 yaşlı argentinalı futbolçu sosial şəbəkələrin birində məlumat verib.

Dibala bu gün baş tutacaq “Yuventus” - "Latsio" matçının onun sonuncu olacağını yazıb.

“Mən düşünürdüm ki, klubla daha uzun illər birlikdə olacağıq, lakin tale bizi müxtəlif istiqamətlərdə ayırır”,- deyə futbolçu qeyd edib.

Dibala 2015-ci ildən Turin klubunda çıxış edir. “Yuventus”da o, beşqat İtaliya çempionu və dörd dəfə İtaliya kubokunun qalibi olub.
O 291 matçda 115 qol vurub.

Mənbə: lent.az