Nigeriya millisinin yeni baş məşqçisi bəlli olub

Nigeriya millisinin yeni baş məşqçisi bəlli olub<span class="qirmizi"></span>

Futbol üzrə Nigeriya milli komandasının yeni baş məşqçisi açıqlanıb.

"Report" federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yığmanın sükanı portuqaliyalı Joze Pizeyruya həvalə olunub.

62 yaşlı mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Pizeyru ilə danışıqlar 2021-ci ilin dekabrında başlasa da, həmin vaxt maliyyə probleminə görə təyinat baş tutmamışdı.

Mənbə: report.az