2026 və 2028-ci il Olimpiya Oyunları Rusiya ilə Belarusda yayımlanmayacaq

2026-cı ildə İtaliyanın Milan və Kortina-d Ampetso şəhərlərində keçiriləcək Qış Olimpiya Oyunları və 2028-ci ildə ABŞ-ın Los-Anceles şəhərində təşkil olunacaq Yay Olimpiya Oyunları Rusiya və Belarus ərazisində yayımlanmayacaq.

"Report"un Beynəlxalq Olimpiya Komitəsinin (IOC) rəsmi saytına istinadən məlumatına görə, iki ölkənin sözügedən nüfuzlu yarışların nümayişi üçün teleyayım hüquqlarının alınması üzrə tenderdə iştirakına icazə verilməyib.

Tenderlə bağlı sənədlər aprelin 25-dək qəbul edilib. Qurum müraciətləri onların yayım keyfiyyətinin ən yüksək standartlarına cavab vermə, mümkün qədər geniş auditoriyaya çatdırma, Olimpiya Hərəkatının dəyərini təbliğ etmə öhdəliyinə və maliyyə təklifinə görə qiymətləndirib.

Qeyd edək ki, daha əvvəl IOC Ukraynaya hərbi müdaxilə səbəbindən Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlardan kənarlaşdırılması ilə bağlı federasiyalara çağırış edib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Orban: “Sanksiya Rusiyanın Ukrayna ilə bağlı siyasətini dəyişməyəcək”

SONRAKI XƏBƏR

Məktəbdən “Son zəng”ə görə pul yığılır? AÇIQLAMA