Beyl “Real”dan gedir

Beyl “Real”dan gedir<span class="qirmizi"></span>

Madrid “Real”ının yarımmüdafiəçisi Qaret Beylin komandadan ayrılacağı bildirlib.

Məlumatı uelsli futbolçunun agenti Conatan Barnett təsdiqləyib.

“Beyl “Real”ı tərk edir. Uelsə gəlincə, baxarıq. Hər şey komandanın 2022-ci il Dünya Çempionatına qatılıb-qatılmayacağından asılıdır. Bundan sonra qərar veriləcək”, - deyə o, bildirib.

Agent Beylin yenidən İngiltərəyə qayıdacağını da istisna etməyib.

Qeyd edək ki, 32 yaşlı Beyl bu mövsüm La Liqada 5 oyuna çıxıb və 1 qol vurub. Onun Madrid klubu ilə müqaviləsi bu mövsümün sonunda başa çatır.

Mənbə: sports.ru

Mənbə: www.oxu.az