"Çelsi" klubunun satışı sual altına düşüb

"Çelsi" klubunun satışı sual altına düşüb<span class="qirmizi"></span>

İngiltərənin "Çelsi" klubunun satışı sual altına düşüb.

"Report" "The Times"ə istinadən xəbər verir ki, buna London təmsilçisinin hazırkı sahibi Roman Abramoviçin Böyük Britaniya hakimiyyətinin təklif etdiyi müqaviləni qəbul etməkdən imtinası səbəb olub. Hökumət gecikmənin klubun fəaliyyətinə təhlükə yarada biləcəyindən narahatdır.

Rusiyalı iş adamından "zadəganlar"ın satışından əldə ediləcək 2,6 milyard funt sterlinq vəsaitin Ukraynanın xilasetmə fonduna köçürüləcəyinə dair zəmanət tələb olunub. Abramoviç isə klubun ona olan 1,6 milyard funt-sterlinq məbləğində borcunun ödənilməsini istəyir.

Qeyd edək ki, daha əvvəl Böyük Britaniya hökuməti "Çelsi"nin satışı ilə bağlı ABŞ-dan olan iş adamları Todd Boeli, Mark Uolter, isveçrəli milyarder Hansyorq Viss və "Clearlake Capital" investisiya şirkətindən ibarət qrupla razılığa gəlib.

Mənbə: report.az