Türk əsilli futbolçu "Mançester Siti"dən ayrılır

Türk əsilli futbolçu "Mançester Siti"dən ayrılır<span class="qirmizi"></span>

İngiltərənin "Mançester Siti" klubu Almaniya millisinin futbolçusu İlkay Gündoğanla yollarını ayırır.

"Report"un "Daily Mail" nəşrinə istinadən məlumatına görə, türk əsilli yarımmüdafiəçinin cari mövsümün sonunda başqa komadalarla danışıqlar aparmasına icazə verilib.

Əsas heyətə düşməkdə çətinlik çəkən 32 yaşlı futbolçunun daha çox oynaya biləcəyi klub axtardığı bildirilib.

Qeyd edək ki, 2016-cı ildən "Mançester Siti"də çıxış edən İlkay Gündoğanın Premyer Liqa təmsilçisi ilə 2023-cü ilin yayınadək müqaviləsi var.

Mənbə: report.az