Elxan Abdullayev: "Belə turnirlərdə iştrak etmək çox faydalıdır"

Elxan Abdullayev: "Belə turnirlərdə iştrak etmək çox faydalıdır"<span class="qirmizi"></span>

"Çox maraqlı oyun keçdi. İlk qarşılaşmada komandamızda görmədiyimiz müsbət cəhətləri bu oyunda müşahidə etdik".

"Report"un məlumatına görə, bunu 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Elxan Abdullayev UEFA İnkişaf turnirində Gürcüstana 0:1 hesabı ilə uduzduqları oyundan sonra AFFA-nın rəsmi sayıtna açıqlamasında deyib.

52 yaşlı mütəxəssis bildirib ki, məğlubiyyətə baxmayaraq, komandası 90 dəqiqə rəqibi təzyiq altında saxlayıb: "Əldə etdiyimiz fürsətləri realizə edə bilmədik. Ümumilikdə oyundan razı qaldım".

Abdullayevin sözlərinə görə, beynəlxalq təcrübə baxımından gənc futbolçular üçün belə turnirlərdə iştrak etmək çox faydalıdır: "Məqsədimizə çatmaq üçün oyunumuzu daha da yaxşılaşdırmalı və bu istiqamətdə inkişafımızı davam etdirməliyik. Komandamız yaxşıdır və mən uşaqlara inanıram".

Mənbə: report.az