Gömrük əməkdaşı Avropa çempionatında gümüş qazandı

Dövlət Gömrük Komitəsinin Baş Gömrük Mühafizə Xidmətinin əməkdaşı Seymur Sadıqov bodibildinq idman növü üzrə Avropa çempionatında uğurla çıxış edib.

Axar.az xəbər verir ki, mayın 5-də İspaniyanın Santa Susanna şəhərində keçirilən bu mötəbər yarışda 34 ölkənin idmançıları iştirak edib. Yarışlara 75 kq çəki dərəcəsində qatılan Seymur Sadıqov fəxri kürsünün ikinci pilləsinə yüksələrək çempionatın gümüş mükafatını qazanıb.

Qeyd edək ki, idmançımız bu ilin may ayının 1-də Bakıda keçirilən respublika çempionatında birinci yeri tutaraq qızıl medala layiq görülüb.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Türk əsilli futbolçu "Mançester Siti"dən ayrılır

SONRAKI XƏBƏR

Amerikaya köçən Günelin toyu oldu - FOTO