Qazaxıstan millisinin Azərbaycanla oyun üçün heyəti açıqlanıb

Qazaxıstan millisinin Azərbaycanla oyun üçün heyəti açıqlanıb<span class="qirmizi"></span>

Futbol üzrə Qazaxıstan yığmasının Azərbaycan, Slovakiya və Belarusa qarşı keçirəcəyi UEFA Millətlər Liqasının oyunları üçün ilkin heyəti açıqlanıb.

"Report" yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Məhəmməd Adiyev 33 futbolçuya dəvət göndərib. Onların 4-ü qapıçı, 10-u müdafiəçi, 14-ü yarımmüdafiəçi, 4-ü isə hücumçudur.

Qeyd edək ki, Qazaxıstan komandası Millətlər Liqasındakı ilk oyununu Azərbaycana qarşı keçirəcək. İyunun 3-də paytaxt Nur-Sultandakı "Astana Arena"da oynanılacaq görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Mənbə: report.az