"Qarabağ" Çempionlar Liqasına Avstriyada hazırlaşacaq

"Qarabağ" Çempionlar Liqasına Avstriyada hazırlaşacaq<span class="qirmizi"></span>

"Qarabağ"ın yay təlim-məşq toplanışının yeri bəlli olub.

"Report"un məlumatına görə, bu barədə komandanın kapitanı Maksium Medvedev açıqlama verib.

33 yaşlı müdafiəçi Ağdam klubunun Avstriyada hazırlıq keçəcəyini bildirib.

Qeyd edək ki, "Qarabağ" 2022/2023 mövsümündə Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək.

Mənbə: report.az