Bundesliqa klubu baş məşqçisi ilə vidalaşıb

Bundesliqa klubu baş məşqçisi ilə vidalaşıb<span class="qirmizi"></span>

Almaniya "Hoffenhaym"ı baş məşqçisi Sebastyan Hönesslə yollarını ayırıb.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, 40 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Bundesliqa təmsilçisi Hönessin başçılığı altında mövsümü 9-cu pillədə başa vurub.

Qeyd edək ki, Sebastyan Höness "Bavariya" klubunun sabiq prezidenti Üli Hönessin qardaşı oğludur. O, 2020-ci ilin yayından "Hoffenhaym"a rəhbərlik edirdi.

Mənbə: report.az