Afrikalı velosipedçi qalib gəldikdən sonra özünə xəsarət yetirib

Afrikalı velosipedçi qalib gəldikdən sonra özünə xəsarət yetirib<span class="qirmizi"></span>

"Intermarche Wanty Gobert" komandasının eritreyalı velosipedçisi Binyam Girmay özünə xəsarət yetirib.

"Report"un məlumatına görə, "2022 Giro D İtalia" turnirində 10-cu mərhələnin qalibi olan idmançı mükafatlandırma mərasimində uğursuz halla üzləşib.

Girmay şampan açan zaman mantar onun gözünə dəyib. Velosipedçi ciddi xəsarət alıb və dərhal xəstəxanaya aparılıb. Bu səbəbdən, Girmay bu gün keçirilən XI mərhələdə iştirak etməyib.

Qeyd edək ki, Binyam Girmay "Giro D İtalia" yarışında qalib gələn ilk afrikalı idmançı kimi tarixə düşüb.

Mənbə: report.az