"İnter" İnzaqi ilə müqaviləni uzadır

"İnter" İnzaqi ilə müqaviləni uzadır<span class="qirmizi"></span>

“İnter” baş məşqçisi Simone İnzaqi ilə müqaviləni uzadacaq.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, klub rəhbərliyi İnzaqi ilə danışıqlar aparır.

“İnter” 45 yaşlı mütəxəssislə 2024-cü ilin yayına qədər müqavilə imzalamaq istəyir. Həmçinin, Milan klubu baş məşqçinin maaşını 4,2 milyon avrodan 5,3 milyona yüksəltməyə hazırdır.

Qeyd edək ki, “İnter” A seriyasının turnir cədvəlində lider “Milan”dan 2 xal geri qalaraq 2-ci yerdədir. İnzaqi 2021-ci ilin yayında "İnter"i çalışdırır.

Mənbə: qol.az