Almaniya üçün iqtisadi tənəzzül dəhşətli ola bilər

Ukraynada vəziyyətin gərginləşməsi Almaniya iqtisadiyyatı üçün şok olub və ekzistensial böhranla nəticələnib.

Axar.az xəbər verir ki, bu barədə Almaniyanın “Handelsblatt” qəzetində dərc olunan məqalədə bildirilib.

Materialda Almaniya Ticarət və Sənaye Palatasının 25 min şirkətin iştirak etdiyi araşdırmasının nəticələri təqdim olunub. Məlum olub ki, Ukrayna böhranı fonunda müəssisələrin 1/3-i iqtisadiyyatda vəziyyətin qaçılmaz pisləşməsini gözləyir və yalnız 19%-i müsbət dəyişikliklərə ümid edir.

“İndiyə qədər biz yalnız maliyyə böhranı və 2020-ci ildə ilk pandemiya qapanması zamanı sənayedə belə bir eniş yaşadıq”, - məqalədə qeyd olunub.

Nəşr yazır ki, Ukraynadakı hadisələrin nəticələri illər boyu davam edəcək struktur böhranına çevrilir və iqtisadi tənəzzül xüsusilə dəhşətli ola bilər.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Basketbol üzrə Avroliqanın finalında “Anadolu Efes” və “Real Madrid” klubları qarşılaşacaq

SONRAKI XƏBƏR

Qlobal iqtisadiyyat yeni təhlükə ilə üzləşə bilər