Pioli ən yaxşı seçildi

İtaliya A seriyasında may ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.

Qol.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, ötən ayın ən yaxşısı "Milan"ın çalışdırıcısı Stefano Pioli olub. 56 yaşlı mütəxəssisin komandası may ayında çıxdığı 3 matçın hər birində qələbə qazanıb. "Milan" "Atalanta"ya (2:0), "Verona"ya (3:1) və "Fiorentina"ya (1:0) qalib gəlib.

 

Qeyd edək ki, "Milan" sona 1 tur qalmış hazırda A seriyasında 83 xalla liderdir.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyənin silah istehsalı Qərb qüvvələrini qorxuya salır – - Yücel Karauzdan ÖZƏL AÇIQLAMA

SONRAKI XƏBƏR

Vətəndaşlarımız niyə qanunvericilik təşəbbüsü ilə çıxış etmir? – Yeni qanun buna İMKAN VERİR