Fərid Qayıbov gənclər və idman idarələrinin rəisləri ilə görüşüb

Mayın 19-da gənclər və idman naziri Fərid Qayıbov respublikamızın rayon gənclər və idman idarələrinin rəisləri ilə görüşüb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yerli idarələrin fəaliyyətinin daha da təkmilləşdirilməsinin vacibliyini vurğulayan nazir onlara gənclər evləri, olimpiya idman kompleksləri və digər təşkilatlarla daha sıx əməkdaşlıq şəraitində işləməyi tövsiyə edib. Bildirib ki, hər bir idarə öz fəaliyyətini müasir tələblərə uyğun qurmalıdır.

Nazir müavinləri Mariana Vasileva və İndira Hacıyeva müvafiq olaraq, idman və gənclər siyasəti sahələrində görülməli işlərlə bağlı fikirlərini bildirib, təkliflərini diqqətə çatdırıblar. Görüş zamanı nazir Fərid Qayıbov gənclər və idman idarələrinin rəislərini dinləyib, onların təklifləri və qaldırdıqları məsələlərlə maraqlanıb.

Sia.az

ƏVVƏLKİ XƏBƏR

Lənkəran kəndlərini birləşdirən yolda sürüşmə aktivləşib - VİDEO

SONRAKI XƏBƏR

Baydenin Şərqi Asiyaya səfəri başlayıb