"Qalatasaray" "Barselona"nın məşhur oyunçusunu alır

"Qalatasaray" "Barselona"nın məşhur oyunçusunu alır<span class="qirmizi"></span>

Türkiyənin "Qalatasaray" klubu heyətini məşhur futbolçuyla gücləndirməyə hazırlaşır.

Redaktor.az "Takvim"ə istinadla xəbər verir ki, İstanbul təmsilçisi Kataloniya klubunun fransalı müdafiəçisi Samuel Umtitini sıralarına qatmağa yaxındır.

Belə ki, növbəti mövsüm üçün Xavinin planlarında yer almayan futbolçu Super Liqa klubuna keçə bilər. Artıq bu yöndə danışıqların ilk mərhələsi keçirilib və "cim-bom" üçün müsbət sonluqla yekunlaşıb.

Qeyd edək ki, Fransa millisinin də üzvü olan Umtiti 2016-cı ildən "Barselona"da çıxış edir.

Mənbə: redaktor.az