“O hara getsə, uğur qazanacaq” - Klopp təsdiqlədi

“O hara getsə, uğur qazanacaq” - Klopp təsdiqlədi<span class="qirmizi"></span>

Divok Oriqinin yay transfer pəncərəsində “Liverpul”dan gedəcəyi dəqiqləşib.

Lent.az-ın Apasport.az saytına istinadən məlumatına görə, bunu mersisaydlıların baş məşqçisi Yurgen Klopp açıqlayıb.

Almaniyalı mütəxəssis belçikalı hücumçu ilə vidalaşmadan danışıb: “Divokla xüsusi şəkildə vida təşkil olunacağını gözləyirəm. O, mənim üçün həmişə “Liverpul”un əfsanəsi olacaq. Onunla çalışmaq xoş idi. Oriqi karyeram ərzində çalışdığım ən vacib oyunçulardan biridir. Hara getsə, orada uğur qazanacaq”.

Qeyd edək ki, Divok 2014-cü ildən “Liverpul”da çıxış edir. O, “Milan”a keçidini italiyalılarla razılaşdırıb.

Mənbə: lent.az