İspaniyalı hakim bu gün futbol tarixinə düşəcək

İspaniyalı hakim bu gün futbol tarixinə düşəcək<span class="qirmizi"></span>

İspaniyalı hakim Mateu Laos bu gün tarixə düşəcək.

"Report"un məlumatına görə, 45 yaşlı referi iki gün ərzində iki final oyununu idarə etməklə buna nail olacaq.

Futbol tarixində indiyədək belə hal baş verməyib.

Təcrübəli ədalət təmsilçisi mayın 19-da "Əl-Hilal" və "Əl-Feyha" komandaları arasında Səudiyyə Ərəbistanı Kubokundakı həlledici görüşdə iş başında olub.

Laos bu gün Yunanıstan Kubokunun final matçını da idarə edəcək. "Panatinaikos" - PAOK qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, "Əl-Feyha" əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatmış oyununun penaltilər seriyasında "Əl-Hilal"ı məğlub edib - 3:1.

Mənbə: report.az