"Komandamı tanıya bildim" - Aleksey Baqa

"Komandamı tanıya bildim" - Aleksey Baqa<span class="qirmizi"></span>

"Komandamı qələbə münasibətilə təbrik edirəm. Nəhayət ki, bu gün epizodlar yaradıb qollar vura bildik. Amma bu, bizə əsas vermir ki, eyforiyaya qapılaq. Burada keçirdiyim müddətdə komandanı kifayət qədər analiz edə bildim. Yəni, kifayət qədər məlumat əldə edə bildim. Mövsümü də belə yekunlaşdırdıq".

Qol.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa Azərbaycan Premyer Liqasının 28-ci turunda "Səbail"ə 5:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

 

Mütəxəssis bu müddətdə çıxardığı nəticələrinnövbəti mövsüm onlara kömək edəcəyini söyləyib: "Bütün komandalarla iki dəfə oynadıq. "Qəbələ" ilə hətta daha çox oynadıq. Anladım ki, rəqiblərimiz aşağı-yuxarı necə oynayırlar. Bir qədər çətin şəraitdə olsa da, komandamı tanıya bildim. 23 futbolçunu ayrı-ayrılıqda tanımaq imkanım oldu. Kimin nəyə qadir olduğunu öyrəndim. Xallar itirsək də, futbolçuları yaxşı tanıdım. Bu da növbəti mövsüm komandanı hazırlaşdırmağıma kömək olacaq".

Mənbə: qol.az