"Qarabağ"ın şəhid azarkeşinin medalı atasına verilib

"Qarabağ"ın şəhid azarkeşinin medalı atasına verilib<span class="qirmizi"></span>

"Qarabağ" klubunun Azərbaycan Premyer Liqasında qazandığı qızıl medallardan biri şəhid azarkeş Məhəmmədəli İbrahimlinin atasına verilib.

"Report"un məlumatına görə, "köhlən atlar"ın oyunçuları mükafatlandırma mərasimində şəhidin atası ilə xatirə fotosu çəkdiriblər.

Qeyd edək ki, "Qarabağ"a çempionluq kuboku, "Neftçi"yə gümüş, "Zirə"yə isə bürünc medallar təqdim olunub.

Mənbə: report.az