Şəhriyar ardıcıl üç turda qələbə qazandı

“Champions Chess Tour” onlayn seriyasının dördüncü mərhələsi olan “Chessable Masters” yarışında növbəti oyunlar keçirilib.

Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov doqquzuncu turda norveçli Tari Aryanla heç-heçə edib. Sonrakı qarşılaşmalarda Niels Qrandelius (İsveç), eləcə də, Hindistan şahmatçıları Rameşbabu Praqnanandha və Pentala Harikrişna üzərində qələbə qazanan təmsilçimiz xalların sayını 19-a çatdırıb. O, bu nəticə ilə 16 şahmatçı arasında 5-ci pillədə qərarlaşıb.

Mayın 26-dək davam edəcək turnirin mükafat fondu 210 min ABŞ dollarıdır.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Bu ölkəyə hücum: 11 ölü, 20 yaralı

SONRAKI XƏBƏR

"Sabah Nikol Arsaxın təslimini və bəzi ərazilərin türkləşdirilməsini təsdiq edəcək" - Zakaryan