Rəşad Sadıqovun klub məşqçisi kimi ilk mükafatı - Şəkillər

Rəşad Sadıqovun klub məşqçisi kimi ilk mükafatı - Şəkillər<span class="qirmizi"></span>

Azərbaycan milli komandasının, “Qarabağ” və “Neftçi”nin sabiq kapitanı Rəşad Sadıqov klub məşqçisi qismində ilk medalını qazanıb.

Qol.az xəbər verir ki, 39 yaşlı mütəxəssin rəhbərlik etdiyi “Zirə” Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünü 3-cü yerdə başa vurub.

 

“Zirə” klubunun üzvləri ilə yanaşı R.Sadıqova da dünən keçirilən Premyer Liqanın qaliblərinin mükafatlandırma mərasimində bürünc medal təqdim edilib.

Qeyd edək ki, R.Sadıqov klub məşqçisi qismində fəaliyyətinin ikinci mövsümündə mükafat qazana bilib. Bundan başqa, onun komandası bu mövsüm Azərbaycan kubokunun finalında da oynamaq hüququ qazanıb.

Mənbə: qol.az