PSJ-nin idman direktoru Leonardo Fransa çempionatının sonuncu turunda "Metz"lə matçın (5:0) bitməsindən bir neçə dəqiqə sonra vəzifəsindən uzaqlaşdırılıb.
Qol.az xəbər verir ki, bu barədə "Globeecho" məlumat yayıb.
Leonardo 2011/2012 mövsümündən 2013/2014 mövsümünün sonuna kimi PSJ-nin idman direktoru vəzifəsində çalışıb. Daha sonra funksioner İtaliyanın “Milan” və Türkiyənin “Antalyaspor” klublarında müxtəlif vəzifələrdə işləyib. 2019-cu ildə Leonardo yenidən PSJ-nin idman direktoru təyin edilib.
Qeyd edək ki, daha əvvəl PSJ rəhbərliyinin klubun transfer siyasətindən narazı olduğu barədə xəbərlər yayılıb.
Mənbə: qol.az