"Əl-Xelaifi Avropa Superliqası qədər təhlükəlidir" - Tebas

La Liqanın prezidenti Xavyer Tebas PSJ-nin hücumçusu Kilian Mbappe ilə müqaviləni yeniləməsinə münasibət bildirib.

Qol.az xəbər verir ki, o, sosial şəbəkələrdən birində yazıb: “PSJ-nin son bir neçə mövsümdə 700 milyon avro itkisi və 600 milyon avro maaş yükü elan etdikdən sonra Mbappe ilə müqaviləni böyük məbləğdə (kim bilir harda və necə ödəniləcək) yeniləyərək etdiyi hərəkət futbola təhqirdir. Əl-Xelaifi (PSJ-nin prezidenti - red) Avropa Superliqası qədər təhlükəlidir”

 

Xatırladaq ki, Kilian Mbappe PSJ ilə müqaviləsini 2025-ci ilin yayına qədər uzadıb və dünyanın ən çox maaş alan futbolçusu (93 milyon avro) olub. Daha əvvəl onun "Real"la razılığa gəldiyi bildirilirdi.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

İqbal Ağazadə Manaf Ağayevlə

SONRAKI XƏBƏR

"Paşinyan hökuməti uduzacağını əvvəlcədən bilə-bilə Qarabağ yükündən qurtulmaq üçün müharibəyə başladı"